“Hazırkı geosiyasi reallıqlar göstərir ki, Fransa Azərbaycanın daxili işinə ciddi şəkildə qarışır. Bununla da beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edir”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, ATƏT-in Minsk Qrupu Formatı tarixə qovuşduqdan sonra yeni yaranan geosiyasi reallıqlarla rəsmi Paris əlinə düşən bütün imkanlardan istifadə edir ki, regionda mövcudluğunu qoruyub saxlaya bilsin:
” Aİ, BMT TŞ kimi təşkilatlardan ölkəmizə qarşı təxribatlar məqsədilə istifadə olunur. Azərbaycanla razılaşdırılmadan sərhədlərimizə göndərdiyi tırlarla yanaşı,
Paris meri Anna Hidalqonun rəhbərliyi altında Fransanın bir neçə şəhərinin merləri Ermənistan – Azərbaycan sərhədinə gəlib. Hidalqo bildirib ki, guya Azərbaycan 120 min ermənini ac və hərşeydən məhrum blokada şəraitində saxlayır. Fakt isə budur ki, Azərbaycan nəinki blokada siyasətini həyata keçirtmir, əksinə onlar üçün müasir avtomobil və dəmiryol şəbəkəsini formalaşdırır, infrastrukturu təmir edir. Eyni zamanda, Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin un məmulatlarından ibarət humanitar karvanı da Ağdam-Xankəndi marşurutu üzrə yola salınıb və tezliklə bu humanitar yüklərdən yararlanmaq prioritet olmalıdır. Əgər həqiqətən də insanlar orda acdırlarsa, onlar üçün hansı marşurut üzrə yüklərin göndərilməsi heç bir əhəmiyyət kəsb etməməlidir. Fransanın bu addımı siyasi təxribatdır. Eyni zamanda, hər zaman ermənipərəst mövqedən çıxış edən Parisin meri yaxşı olardı ki, ölkəsindəki problemlərə diqqət ayırsın. Çünki məlumdur ki, Parisin küçələri çirkab içərisindədir və bütün dünya bundan danışır”.
//Gülnarə Abasova, Editor.az