Fransanın Var bölgəsindəki Maures massivində meşə yanğını səbəbiylə bölgədə istirahət edən turistlərlə birlikdə minlərlə insan təxliyə edilib.
Editor.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın cənubunda Gonfaron qəsəbəsi yaxınlığında baş verən yanğın dünən axşam quraqlıq və külək təsiriylə böyüyərək 5 min hektar ərazini əhatə edib.Var qubernatorluğundan verilən açıqlamaya görə, alovlar təxminən 100 evə çatıb. 900 yanğınsöndürənin mübarizə apardığı alov səbəbiylə bölgə və düşərgə bölgələrində yaşayan minlərlə insan təxliyə edilib. Evakuasiya olunanlardan evlərinə qayıtmamaları ciddi şəkildə tələb edilib.
Qeyd edək ki, Fransanın Daxili işlər naziri Gerald Darmanin Twitter hesabından etdiyi paylaşımda bu gün yanğın bölgəsinə gedəcəyini söyləyib.
//Gülnarə Abasova, Editor.az

