Fransanın daha bir cinayəti üzə çıxdı – Qəzzadakı qətliam…backend

Fransanın daha bir cinayəti üzə çıxdı – Qəzzadakı qətliam…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında mülki şəxslərin öldürülməsində fransız texnikasından istifadə edilib.

Editor.az  teleqraf.com-a istinadən bildirir ki, bu barədə Fransanın “Disclose” saytı açıqlama yayıb.

Saytın əldə etdiyi gizli sənədə görə, Fransa dövlətinə məxsus “Thales” şirkəti İsraili “Hermes 900” kimi dron modelləri üçün istifadə edilən elektron hissələrlə təmin edib.

Bu kontekstdə İsrail ordusunun bu tip pilotsuz təyyarələrdən istifadə edərək Qəzza zolağında dinc sakinlərə qarşı ən azı 8 ölümcül hücum təşkil etdiyi bildirilir.