Fransanın ermənipərəst mövqe sərgiləməsi işğal siyasətinə dəstək deməkdir – Mövlud Çavuşoğlubackend

Fransanın ermənipərəst mövqe sərgiləməsi işğal siyasətinə dəstək deməkdir – Mövlud Çavuşoğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan həm hüquqi, həm də siyasi baxımdan haqlıdır.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, təəssüflər olsun ki, bəzi dövlətlər Azərbaycanın haqq işini dəstəkləmək əvəzinə ya tərəfsiz qaldılar, ya da Ermənistanı açıq şəkildə dəstək verdilər:

“Ermənistan Azərbaycan ərazilərini işğal etməklə beynəlxalq hüququ heçə saydığını göstərmişdir. Ermənistanı durdurmağın vaxtı gəlmişdi və bu da oldu”

Onun sözlərinə görə, Fransanın ermənipərəst mövqe sərgiləməsi işğala dəstək deməkdir.