Fransanın Ermənistandakı səfirindən həyasız paylaşımbackend

Fransanın Ermənistandakı səfirindən həyasız paylaşım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Respublikası rəsmi şəkildə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Olivier Dekotinyi X şəbəkəsindəki mikrobloqunda erməni dilində 44 günlük savaşın ildönümünə həsr olunmuş yazı dərc edib.

“Dörd il əvvəl, 2020-ci il sentyabrın 27-də 44 günlük müharibə başladı. Fikrimiz döyüş meydanında həlak olan əsgərlərlə, onların ailələri və dostları ilədir. Yerablur Hərbi Panteonu”,-deyə onun yazısında bildirilir.