Fransanın keçmiş prezidentinə hökm oxundubackend

Fransanın keçmiş prezidentinə hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Apellyasiya Məhkəməsi Nikolya Sarkozi haqqında əvvəllər çıxarılan hökmü təsdiq edərək, cəzanı bir qədər yüngülləşdirib.

Editor.az AFP-ə istinadən bildirir ki, 2021-ci ildə Paris Cinayət Məhkəməsi keçmiş dövlət başçısını 2012-ci il seçki kampaniyasına xərclənən pulların qanuni limiti əhəmiyyətli dərəcədə aşmaqda təqsirli bilib və onu bir il müddətinə azadlıqdan məhrum edib.

Bu gün, fevralın 14-də Nikolya Sarkozi eyni cəzanı alsa da, onun altı ayı ixtisar edilib. Belə qısa cəzalar həbsxanada deyil, bəlkə də elektron qolbaqla ev dustaqlığında çəkilir. Bu Nikola Sarkoziyə oxunan ilk hökm deyil. 2023-cü ilin mayında telefon dinləməsi (sözdə dinləmə işi) üzrə apellyasiya şikayəti əsasında o, iki il şərti olmaqla üç il müddətinə azadlıqdan məhrum edilib, lakin bu qərardan Kassasiya Məhkəməsinə şikayət verilib.

Növbəti il isə eks-prezident onun 2007-ci il prezidentlik kampaniyasını Liviya tərəfindən maliyyələşdirilmsində şübhəli bilinərək mühakimə olunacaq.

//Samir Qurbanov, Editor.az