Fransanın maliyyə naziri: Aİ Rusiyaya qarşı hərtərəfli iqtisadi müharibə aparacaqbackend

Fransanın maliyyə naziri: Aİ Rusiyaya qarşı hərtərəfli iqtisadi müharibə aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz Rusiyaya qarşı qlobal iqtisadi və maliyyə müharibəsi aparmağa hazırlaşacağıq”.

Editor.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer deyib.

Qeyd edək ki, Avropa İttifaqı Alfa-Bank, Promsvyazbank, Otkritie və Rossiya banklarına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

AntiRusiya sanksiyaları haqqında müddəaların mətnindən belə çıxır ki, Aİ kosmik və ya aviasiya sənayesində istifadə üçün Rusiyaya malların tədarükünü də qadağan edib.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Aİ-nin sanksiyalar paketi Rusiya bank bazarının 70%-nə və əsas dövlət şirkətlərinə təsir edəcək.

Rusiya Xarici İşlər Nazirliyi Aİ-nin sanksiyalarını qeyri-legitim və əsassız adlandırıb.

//Gülnarə Abasova, Editor.az