“Fransanın müasir və sivil ölkə imici sadəcə görüntüdür” -Türkiyəli jurnalistbackend

“Fransanın müasir və sivil ölkə imici sadəcə görüntüdür” –Türkiyəli jurnalist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mətbuat azadlığı sivil dünyanın və demokratiyanın ən zəruri şərtlərindən biridir”.

Bu fikirləri Editor.az-a  “Samimi Haber” media qrupunun rəhbəri Memet Aca Fransada Azərbaycan Televiziyası əməkdaşlarına qarşı baş verən hücuma münasibət bildirərkən deyib.

O, öz vəzifəsini yerinə yetirən AZTV əməkdaşlarına qarşı törədilən bu çirkin hücumu kəskin qınayıb:

“Hücumun sivilizasiyanın simvolu kimi görünən bir ölkədə baş verməsi düşündürücü haldır. Deməli, Fransanın öz ətrafında yaratdığı müasir və sivil ölkə imici sadəcə görüntüdür. Mətbuat azaddır və azad qalmalıdır. Biz AzTV-də çalışan qardaşlarımızın yanındayıq. Bundan sonra da həm onların, həm də azad mətbuatın yanında olacağıq”.

Türkiyənin tanınmış televiziya aparıcısı Erkan Tan da məsələyə münasibət bildirib.

“Fransada baş verən bu hadisəni pisləyirəm. Dünya bir daha gördü ki, Ermənistanın sahibi Fransadır. Ermənistanın həyata keçirdiyi zülmün, tökdüyü qanların da sahibi Fransadır. Fransa demokratiyaya, insan haqlarına, media azadlığına inanmır. Öz maraqlarına uyğun olduğu zaman həmin amilləri irəli sürür. Maraqlarına uyğun gəlmədiyi zaman isə əksinə fəaliyyət göstərir”.

//Editor.az