Fransanın ordusundan sonra jurnalistlərini də Burkina Fasodan qovdularbackend

Fransanın ordusundan sonra jurnalistlərini də Burkina Fasodan qovdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Burkina Faso hakimiyyəti bir gündə Fransanın “Le Monde” və “Libération” qəzetlərinin iki jurnalistini ölkədən qovub.

Məlumata görə, hər iki jurnalist aprelin 1-də Burkina Fasodan ayrılıb və artıq Fransaya gediblər.

Qovulmanın səbəbləri açıqlanmayıb. Lakin KİV-in məlumatına görə, martın 27-də “Libération” Burkina hərbçilərinin yeniyetmələrə qarşı zorakılıq aktından bəhs edən məqalə dərc edib.

Xatırladaq ki, Burkina-Faso hakimiyyəti martın sonunda ölkədə Fransanın “France 24” telekanalının yayımını dayandırıb.

Yanvarın əvvəlində isə Burkina Faso ölkədə yerləşdirilmiş Fransa xüsusi təyinatlı kontingentini öz ərazisindən qovub.

Mənbə: TASS