“Fransanın Qarabağa qarşı məkrli niyyətinin arxasında yalnız erməni lobbisi dayanmır”-Politoloqdan AÇIQLAMAbackend

“Fransanın Qarabağa qarşı məkrli niyyətinin arxasında yalnız erməni lobbisi dayanmır”-Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın əleyhinə yönəlmiş diplomatik və informativ savaşın tək olmasa da öndə gedən oyunçusu Fransa şübhəsiz ki, erməni lobbisinin də təkanları ilə bu dəst-xətti daha da genişləndirir, aktiv saxlayır.

Lakin deməzdim ki, Fransanın Qarabağa qarşı məkirli niyyətinin arxasında yalnız erməni lobbisi dayanır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib. Onun sözlərinə görə, bu, ən çox Fransanın öz iqtisadi maraqlarından yola çıxaraq təmin etməyə çalışdığı siyasi maraqlarıdır: “Bəzən də əksinə. Məlum məsələdir ki, Qarabağ işğaldan azad olunduqdan sonra yeraltı və yerüstü sərvətlər artıq Azərbaycanın nəzarətindədir. İllər ərzində isə işğal edilmiş torpaqlardan çıxarılan sərvətlər Ermənistan tərəfindən özbaşına talanmırdı, yeyilmirdi. Və əslində bu sərvətləri bölgədən çıxarmaq maddi və texniki baxımdan asan olmayan, Ermənistanın gücü çatmayan məsələ idi ki, istismarın bütün pillərində pay sahiblərindən biri də məhz, ən başlıcası Fransa idi.

Qızıl yataqları, bahalı saat istehsalı dəfələrlə dünya gündəmində müzakirə mövzusu oldu. Hətta 44 günlük savaşda da haqlı olaraq bu məsələ bir daha qabardıldı. Şübhəsiz ki, bütün bunların əldən çıxdığını görən Fransa hər nə qədər qapıdan qovulsa da, bacadan girməyə çalışır. Bir tərəfdən Makron Fransanı lider və ya vasitəçi dövlət, özünü də siyasi fiqur kimi sübut etməyə çalışır. Lakin onun özünün Avropada da bir siyasi fiqur kimi çəkisi yoxdur.

Makronun mədəni üslubla desək xarici siyasəti geniş rəng palitrasına malikdirsə, sadə dillə ifadə edərkən imperialist keçmişə malik dövlətin bu cari lideri istismar siyasətində Fransanın ən yeni siyasətinin elə ən acgöz hərisidir”. Politoloqun fikrincə, Almaniyanın liderliyinin zəiflədiyini hesab edən Makron Avropa İttifaqında da liderliyə iddia edir: “Hətta Makron bir neçə dəfə Rusiya lideri Vladimir Putinlə danışa biləcəyi haqqında da anons verib. Bu məsələnin hələ Qərbdə necə əks-səda verdiyini bir kənara qoyub, öz regionumuza baxdığımız zaman məhz bu amildən də yola çıxsaq Cənubi Qafqazdakı mövqeyini ABŞ, Avropa İttifaqı, ən çox da Rusiya və Türkiyəyə uduzan Fransa regionumuza müdaxilə etmək üçün bir neçə müxtəlif  təkanlar edir.

Burada isə tək yapışa biləcəyi Rusiyaya ümid edir ki, bəlkə onun vasitəsilə müəyyən miqdarda olsa belə nəsə qazana bilsin. Lakin bütün bu planların qarşısında Azərbaycan öz prinsipiallığını ortaya qoyur. Yeraltı və yerüstü sərvətlərimiz bizim milli resurslarımız, gələcəyimizin, gələcək nəsillərimizin təminatçısı, milli maraqlarımızın lazımi məqamlarda keşikçisidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev qəti şəkildə bildirib ki, Fransa vasitəçilik missiyasını itirib və bu, onun öz günahıdır. Fransa Ermənistanı daha pis vəziyyətə düşməkdən xilas edərkən bu ölkəni daha da batırır. Məsələn, Azərbaycan heç bir zaman deməyib ki, hər hansı bir görüşdə Türkiyə olmasa biz iştirak etmirik. Düşünürəm ki, burada artıq bütün sualların cavabı bəllidir, bunun üzərində Ermənistan da, Fransa da ciddi düşünməlidir”.

//Safura Bənnayeva, Editor.az