Fransanın Qras şəhərində tarixi binada yanğın baş verib: ölənlər və yaralılar varbackend

Fransanın Qras şəhərində tarixi binada yanğın baş verib: ölənlər və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar günü, avqustun 13-də səhər saatlarında Fransanın Qras şəhərinin (Alp-Dənizlər departamenti) tarixi mərkəzində beşmərtəbəli binada baş verən yanğın nəticəsində 3 nəfər ölüb.

Editor.az bildirir ki, bu barədə “Le Figaro” yazıb. Şəxsiyyətləri açıqlanmayan üç öləndən əlavə, təcili yardım xidmətləri bir nəfər ağır və on altı nəfərin yüngül xəsarət aldığını qeyd edib. “Xilas edilməli olan insanların sayı dəyişməyəcək, lakin qurbanların vəziyyəti hər zaman dəyişə bilər”, – kapitan Aymerik Sufflet bildirib.

Zərərçəkənlər xəstəxanaların müxtəlif şöbələrinə yerləşdiriliblər. Yanğının baş verdiyi Eyre meydanının ətrafında təhlükəsizlik kordonu qurulub. Fasadının bir hissəsi qaralmış binada yanğın nəticəsində beş mərtəbədən azı üç mərtəbəsi zədələnib.

“Hadisənin mənşəyini müəyyən etmək üçün araşdırma davam edir”, – Qras prokurorluğundan bildiriblər.

//Samir Qurbanov, Editor.az