Fransanın riyakarlığı: Azərbaycana qarşı qətnamə qəbul edilir?- AÇIQLAMAbackend

Fransanın riyakarlığı: Azərbaycana qarşı qətnamə qəbul edilir?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın riyakarlığı: Azərbaycana qarşı qətnamə qəbul edilir?-AÇIQLAMA

“Fransanın bölgəmizdə baş verən son hadisələri BMT Təhlükəsizlik Şurasının iclasına çıxartmaq və qətnamə qəbuluna nail olmaq cəhdləri gözlənilən idi”.

Bunu Editor.az-a siyasi şərhçi Abutalıb Səmədov Fransa xarici işlər naziri Ketrin Kolonna Senatda çıxışı zamanı , “Fransa BMT Təhlükəsizlik Şurası çərçivəsində ermənilərin Qarabağa qaytarılması ilə bağlı qətnamənin qəbulunu tələb edəcək.Bu, ağır cinayətdir və reaksiyasız qala bilməz. Ermənistanla Azərbaycan arasında münaqişə danışıqlar yolu ilə həll oluna bilər. Bakı başa düşməlidir: siz güc tətbiq etmək yolu ilə gedə bilməzsiniz”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəsmi Parisin bu addımını əvvəlcədən proqnozlaşdırmaq mümkün idi: “Fransanın Xarici İşlər naziri dərk etməlidir ki, TŞ-nın hər hansı sənəd qəbul etmək imkanı yox dərəcəsindədir. Sənəd qəbulu üçün Təhlükəsizlik Şurasının daimi üzvlərinin hamısı səs verməlidir. Eyni zamanda, 15 üzvün də bir hissəsi sözügedən sənədi dəstəkləməlidir. Üzvlər arasında Rusiya, müəyyən qədər Çin və Böyük Britaniya nisbətən fərqli mövqelər tuturlar. Bunlardan birini qətnamə qəbuluna razı salmaq mümkün ola bilər. Lakin Rusiyanın Qərbin yanında olması ehtimalı yoxdur. Fransa bu işləri bilməli idi. Bu kimi açıqlamalar isə daha çox Fransa xalqını, Ermənistana dəstək olmaq istəyən senatorları sakitləşdirmək məqsədi daşıyır. Heç bir real nəticəsi olmayacaq”.

//Safura Bənnayeva , Editor.az