“Fransanın terrorizmi beynəlxalq səviyyədə dəstəkləməsi geniş işıqlandırılmalıdır”- Politoloqdan AÇIQLAMAbackend

“Fransanın terrorizmi beynəlxalq səviyyədə dəstəkləməsi geniş işıqlandırılmalıdır”- Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan-Fransa münasibətləri bütün dünyaya məlumdur. Fransa daima ermənipərəst mövqe sərgiləyib. Son günlərdə Fransanın Azərbaycana qarşı sanksiyaların əksini tapdığı bədnam qətnaməsi də gündəmi zəbt edən əsas məsələdir.

Bunun narahatlıq yaratmasının əsas səbəbi isə onsuzda 2 il ərzində məğlubiyyətini qəbul etməyən Ermənistan və qalib Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına hazırlıq görüldüyü bir vaxtda qəbul olunmasıdır.

Maraqlıdır ki, bu həqiqətən prosesin uzanmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, Fransa Senatının antiAzərbaycan qətnaməsi ilə bağlı Azərbaycan Milli Məclisi qətnamə qəbul etdi:

“Fransanın AntiAzərbaycan münasibətinin səbəblərindən biri ölkəsindəki erməni maraqlarına səfərbər olunmuş erməni lobbisidir. Bunun başqa bir neçə səbəbləri də var. Azərbaycanda əsasən birinci mövzu ətrafında müzakirələr aparılır. Digər səbəbi ümumilikdə belə adlandırmaq lazımdır ki,  Mərkəzi Asiya və Cənubi Qafqaz regionlararası yaranmış yeni reallıqlarda kommunikasiya və enerji divesifikasiyasında iştirakçılıq , imtiyazlar əldə etmək və ən əsası öz üzərinə götürdüyü öhdəliklərə məsuliyyətsiz yanaşmaq Fransa hökümətinin dövlətin adına ən yeni tarixdə imzalanmış sazişlərdə, təmsil olunduqları layihələrdə öhdəliklərini yerinə yetirməmək adət-ənənəsi formalaşıb”.

Politoloqun fikrincə, Fransada antiAzərbaycan siyasətinin formalaşmasının bir sıra digər səbəbləri də var:

“Azərbaycan isə Fransanın bu addımına bir neçə istiqamətdə cavab verməlidir. Təmsil olunduğumuz beynəlxalq təşkilatlarda Fransanın qlobal səviyyədə insanlıq və bəşəriyyət əleyhinə cinayətləri ilə bağlı məlumatlandırma və hüquqi təqib işlərinə çağırış edilməlidir. Fransanın Əlcəzairdə bugünə qədər törətdiyi cinayətlər içərisində   nüvə sınaqları ən dəhşətlisidir. Daxildə isə iqtisadi maraqlara diqqət çəkməliyik. Hansı ki, “Total” şirkəti vaxtilə öhdəsinə götürdüyü amma əməl etmədiyi şərtlər səbəbindən Azərbaycanın zərərlərinin ödənilməsi məsələsini işıqlandırmalıyıq”.

 
//Safura Bənnayeva, Editor.az