Fransanın xarici işlər naziri Ermənistana gedirbackend

Fransanın xarici işlər naziri Ermənistana gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn həftənin əvvəlində Fransanın xarici işlər naziri Jan-Noel Barrot Ermənistana rəsmi səfərə gedəcək. Bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Fransalı nazirin bazar ertəsi, mayın 26-da İrəvana gələcəyi gözlənilir.
Səfər zamanı Barro erməni həmkarı Ararat Mirzoyan ilə görüşəcək, daha sonra birgə mətbuat konfransı keçirəcək. Bundan əlavə, Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Yerevan Dialoqu tədbiri çərçivəsində panel müzakirəsində iştirak edəcək.

Xatırladaq ki, bu həftənin əvvəlində erməni və fransalı nazirlər telefonla danışıblar. Söhbət zamanı ikitərəfli tərəfdaşlıq və yaxın təmaslar məsələləri müzakirə edilib.

//Samir Qurbanov, Editor.az