Fransanın YENİ OYUNU: “Vaşinqton birmənalı şəkildə Azərbaycanı dəstəkləyəcək, çünki…”backend

Fransanın YENİ OYUNU: “Vaşinqton birmənalı şəkildə Azərbaycanı dəstəkləyəcək, çünki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransa senatı Azərbaycan əleyhinə qətnamə qəbul edərək Cənubi Qafqazda geosiyasi mövqeyinin gücləndirilməsinə çalışır. Bu qətnamə tövsiyə xarakteri daşısa da icrası prezidentin qərarından asılı olacaq. Əgər, prezident bu qərarı imzalasa, Azərbaycan üçün keçərli olmayacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, belə bir bədnam və beynəlxalq hüquqa zidd bir qətnamə qalib Azərbaycanı öz siyasətindən geri döndərə bilməz:

“Bununla, Fransa Azərbaycanla Ermənistan arasında vasitəçiliyinə xitam verdi və Praqada imzalanan dörd tərəfli Bəyannamədə öz imzasının üstündən xətt çəkdi. Burada Fransanın əsas siyasəti Xankəndində “humanitar” ofis açmaqdır. Rusiya rəhbərliyi də burada maraqlı görünür. Həmçinin qətnamədə beynəlxalq sülhməramlılar dedikdə, Fransa ordusunun Qarabağa gətirilməsi vurğulanır. Təbii ki, Nikol Paşinyan da belə bir qətnamənin qəbulunda maraqlıdır. Baş verənlər isə Ermənistanı blokadada saxlayacaq. Nəticədə müxalifətin N. Paşinyana qarşı mövqeyi güclənəcək. Erməni baş nazir Azərbaycanla gərginləşmə siyasətinə üstünlük verib desək, yanılmarıq. Ona görə də gündə bir açıqlama verərək sülh müqaviləsinin bağlanmasından yayınır”.

M. Əsədullazadənin sözlərinə görə, baş verən proseslərdə ABŞ-ın mövqeyi həlledici olacaq:

“Həmçinin Avropa Birliyinin apardığı vasitəçilik missiyasın roluna zərbə vurulur. ABŞ birmənalı şəkildə Cənubi Qafqazda Fransanın aktivliyini qəbul etməyəcək və Vaşinqton Azərbaycanı dəstəkləyəcək. Ona görə də ABŞ -la diplomatik əlaqələr inkişaf etdirilməlidir. Həmçinin Türkiyə faktoru var və Azərbaycan Türkiyə ilə birgə Laçın dəhlizini bağlaya bilər. Fransa və Rusiyanın açıq şəkildə Qarabağ məsələsini gündəmə daşıması, Xankəndində ofis açılmasına cəhd və Fransa ordusunun göndərilməsi planı reallaşdırmaq mümkün olmayacaq.N. Paşinyan məhz Qarabağa beynəlxalq sülhməramlıların yerləşdirilməsini təklif edib. Göründüyü kimi, Parisin mövqeyi ilə razılaşan N. Paşinyan Cənubi Qafqazda Türkiyə Azərbaycan tandeminə qarşı Fransanın təhriki ilə bu oyunda yer alıb. Fransanın Cənubi Qafqaz siyasəti isə digər regionlarda olduğu kimi fiaskoya uğrayacaq”.

//Gülnarə Abasova, Editor.az