Fransız futbolçu Mbappe spirtli içki loqosu qarşısında poz verməkdən imtina edibbackend

Fransız futbolçu Mbappe spirtli içki loqosu qarşısında poz verməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Milli Futbol Komandasının ulduz futbolçusu Kilian Mbappe Qətərdə Dünya Çempionatı çərçivəsində keçirilən tədbirdə kameralar qarşısına keçərkən alkoqollu içki markasının loqosunu arxa platformadan çıxarıb.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, Qətərdə oynanılan 2022 FIFA Dünya Kuboku matçlarında göstərdiyi performansa görə 3 dəfə matçın ulduzu seçilən Mbappe “Matçın Adamı” kadrları üçün kamera qarşısına keçib. Fransa mətbuatında yer alan xəbərə görə, ulduz futbolçu çəkiliş zamanı sponsorlardan spirtli içki markasının emblemi qarşısında poz verməkdən imtina edərək, şirkətin adını və loqosunu fondan sildirib.

Beynəlxalq mətbuatda Mbappenin spirtli içkilərə həvəs göstərməmək üçün bu addımı atdığı bildirilib. Həmçinin Mbappeyə eyni tədbirdə jurnalistlərə danışmaqdan imtina etdiyi üçün cəzalandırılıb. FİFA fransız futbolçunu 10 min 200 avro cərimələsə də Mbappe bu məbləği öz cibindən ödəyəcəyini açıqlayıb.

//Gülnarə Abasova, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!