Fransız tarixçi NATO-nun Ukraynada məğlub olacağını proqnozlaşdırdıbackend

Fransız tarixçi NATO-nun Ukraynada məğlub olacağını proqnozlaşdırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadakı münaqişə NATO-nun məğlubiyyəti və Rusiyanın Almaniya ilə barışması ilə başa çatacaq.

Editor.az xəbər verir ki, bu sözləri fransız tarixçi və antropoloq Emmanuel Todd “Le Point” jurnalına müsahibəsində deyib. Alimin sözlərinə görə, Şimali Atlantika Alyansı artıq Ukraynada məğlubiyyətə və bütövlükdə Rusiya Federasiyası ilə münaqişəyə doğru irəliləyir. O, həmçinin hesab edir ki, Almaniyanın siyasətinə xas olan çeviklik sayəsində Almaniya yenidən Rusiya ilə yaxınlaşa bilər. Todd həmçinin bəyan edib ki, ABŞ Rusiya Federasiyası ilə Almaniya arasında güzəştdən qaçmağa çalışır, çünki bu, ABŞ-ın Avropa güclərinə təsirinin azalmasına gətirib çıxaracaq.

Bundan başqa, amerikalılar Vaşinqtonun nəzarətində olan London-Kiyev-Varşava oxunun Avropada mövqelərini möhkəmləndirməyə çalışırlar.

//Gülnarə Abasova, Editor.az