2017-ci ildə fransız casusları BƏƏ ilə birlikdə İŞİD-in silahlıları cəlb etmək üçün Teleqramdan istifadə edə biləcəyindən qorxaraq, Pavel Durovun mobil telefonunu sındırmaq üçün əməliyyat keçirib.
Editor.az axar.az-a istinadən bildirir ki, bu barədə “Uoll Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, casus əməliyyatı “Bənövşəyi musiqi” adı almışdı.
Durova yaxın olan mənbənin qəzetə verdiyi məlumata görə, Teleqram illərdir hüquq-mühafizə orqanları tərəfindən verilən çağırış vərəqələrinə və məhkəmə qərarlarına məhəl qoymur.