Fransua Bettencourt Meyers sərvəti 100 milyard dollara yüksələn ilk qadındırbackend

Fransua Bettencourt Meyers sərvəti 100 milyard dollara yüksələn ilk qadındır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“L’Oreal” kosmetika şirkətinin varisi Fransua Bettencourt Meyersin sərvəti 100 milyard dollara yüksəlib.O, dünyada sərvəti bu rəqəmə çatan ilk qadın olub.

Editor.az “Bloomberg Billionaires Index”ə istinadən bildirir ki, onun sərvəti dekabrın 28-də 100,1 milyard dollara yüksəlib. Buna 1909-cu ildə xanım Myersin babası tərəfindən təsis edilən “L’Oreal”ın rekord yüksək səhm qiymətləri kömək edib. Şirkətin dəyəri hazırda 268 milyard dollar qiymətləndirilir.

70 yaşlı Francoise Bettencourt Meyers “L’Oreal”ın sədr müavini işləyir. O və ailəsi şirkətin 35%-nə sahibdir.

Xanım Mayers üç il dalbadal – 2021, 2022 və 2023-cü illərdə “Forbes” jurnalının versiyasına görə dünyanın ən zəngin qadını seçilib.

//Samir Qurbanov, Editor.az