“Freedom”un kosmik missiyası başladıbackend

“Freedom”un kosmik missiyası başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da yerləşən “SpaceX” kosmik nəqliyyat şirkəti Beynəlxalq Kosmik Stansiyaya (BKS) 4 astronavtdan ibarət yeni komanda göndərib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, “Ekipaj-4” missiyası çərçivəsində elmi araşdırmalar aparmaq üçün astronavtları BKS-ə daşıyan “Freedom” adlı kapsul Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən “Falcon 9” raketi ilə uğurla buraxılıb.

Komandanın 17 saat sonra BKS-ə çatması gözlənilir. Komandanın tərkibi 3 NASA astronavtı və 1 Avropa Kosmik Agentliyinin (ESA) astronavtından ibarətdir. Komandanın missiyası 6 ay olacaq.

Qeyd edək ki, ABŞ-lı milyarder iş adamı İlon Mask tərəfindən qurulan “Falcon 9”, “Falcon Heavy”, “Starlink”, “Dragon” “Cargo”, “Starship” kimi kosmik missiya vasitələrini özündə birləşdirən “SpaceX” indiyədək insanları 6 dəfə kosmosa daşıyıb. Onlardan üçü NASA üçün olub.

//Nəzərbəy, Editor.az