İspaniyanın “Barselona” klubunun hollandiyalı oyunçusu Frenki de Yonqun İngiltərənin “Mançester Yunayted” klubuna keçmək istəməməyinin səbəbi məlum oldu. Editor.az İngiltərə mediasına istinadən xəbər verir ki, buna səbəb UEFA Çempionlar Liqasıdır. De Yonq “Barselona”nın istənilən qiyməti ödəməsinə baxmayaraq bu transferin baş tutmasını karyerasında geriyə atılmış addım kimi qəbul edib.
Qeyd edək ki, “Barselona” Frenki de Yonqu hələ də əlindən buraxmaq istəmir. Hollandiyalının İspaniya təmsilçisi ilə müqaviləsinin bitməsinə 4 il qalıb.
//Nəzərbəy Hacıağayev, Editor.az

