Fridrix Merz: “Avropa miqyasında fond birjası yaradılmalıdır”backend

Fridrix Merz: “Avropa miqyasında fond birjası yaradılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Fridrix Merz Avropa İttifaqı şirkətlərinin qlobal rəqabət şəraitində mövqelərini gücləndirmək məqsədilə Avropa miqyasında vahid fond birjasının yaradılmasını təklif edib.

Editor.az xəbər verir ki, bu barədə Merz xarici mediaya açıqlamasında danışıb.

O bildirib ki, Avropa şirkətlərinin inkişafı və böyüməsi üçün “kifayət qədər dərin və inkişaf etmiş kapital bazarına” ehtiyac var:

“Şirkətlərimizin böyümə və innovasiyalar üçün lazım olan investisiyaları sürətlə cəlb edə bilməsi üçün vahid Avropa kapital bazarına malik olmalıyıq.”

Merz, həmçinin, BioNTech kimi qabaqcıl texnoloji şirkətlərin Avropada deyil, Nyu-York birjasında listinq seçməsindən təəssüfləndiyini qeyd edib.

Alman kansleri İtaliyanın sabiq baş nazirləri Mario Draqi və Enriko Lettanın hesabatlarına da istinad edib. Həmin hesabatlarda Avropa şirkətlərinin rəqabət qabiliyyətini və səmərəliliyini artırmaq üçün təcili tədbirlərin görülməsinin vacibliyi vurğulanır.

//Gülnarə Abasova, Editor.az