FSB direktoru: “Biz asanlıqla deyə bilərik ki, “Krokus” hücumunun arxasında Ukrayna dayanır”backend

FSB direktoru: “Biz asanlıqla deyə bilərik ki, “Krokus” hücumunun arxasında Ukrayna dayanır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada Crocus City Hall konsert salonuna edilən hücumla əlaqədar 20-dən çox adamın saxlanıldığını bildirən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov hücumda Ukrayna hərbi kəşfiyyatının əli olduğunu bildirib.

Editor.az xəbər verir ki, o, bu barədə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Təhlükəsizlik Təşkilatları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclasında bildirib.

“Hazırda cinayətdə iştirak edən bütün şəxslərin müəyyən edilməsi üçün səylərimizi davam etdiririk. İndiyədək cinayəti birbaşa törədənlər və onların əlbirləri də daxil olmaqla, 20-dən çox şəxs saxlanılıb”. Bortnikov bildirib ki, terrorçuların “Krokus” hücumuna hazırlıq işlərinin, maliyyələşdirilməsinin, koordinasiyasının və geri çəkilmələrinin Əfqanıstan-Pakistan bölgəsində fəaliyyət göstərən “Vilayət Xorasan” terror təşkilatının üzvləri tərəfindən internet üzərindən aparıldığını müəyyən ediblər: “İstintaq davam edir. Amma indidən əminliklə deyə bilərik ki, Ukrayna hərbi kəşfiyyatının bu hücumla birbaşa əlaqəsi var”.

//Gülnarə Abasova, Editor.az