FSB İngiltərənin Moskva səfirliyində britaniyalı casus aşkarladıbackend

FSB İngiltərənin Moskva səfirliyində britaniyalı casus aşkarladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) İngiltərənin Moskva səfirliyində İkinci Katip vəzifəsində işləyən Janse van Rensburg Albertus Gerardus-ın casus olduğunu açıqlayıb. Diplomata Rusiyadan çıxması üçün iki həftəlik vaxt verildiyi bildirilib.

Editor.az xəbər verir ki, FSB məlumatına görə, Gerardus casusluq və dağıdıcı fəaliyyətlə məşğul olub, Rusiyanın iqtisadiyyat üzrə mütəxəssisləri ilə etdiyi rəsmi olmayan görüşlər vasitəsilə həssas məlumatları əldə etməyə çalışıb.

Xidmətin paylaşdığı detallara görə, 1996-cı il təvəllüdlü İngiltərə diplomatı ölkəyə giriş zamanı qəsdən yanlış məlumat təqdim edərək Rusiya qanunlarını pozub. Həmin səbəbdən Gerardus-a Rusiyanı tərk etməsi üçün iki həftəlik müddət verilib.

//Gülnarə Abasova, Editor.az