FSB: Kalininqradda Rusiyanın Baltik Donanmasına qarşı terror hücumlarının qarşısı alınıbbackend

FSB: Kalininqradda Rusiyanın Baltik Donanmasına qarşı terror hücumlarının qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Təhlükəsizlik Xidməti Kalininqradda həyata keçirilən tədbirlər nəticəsində saxlanılan 1967-ci il təvəllüdlü Rusiya vətəndaşının Baltik Donanmasının obyektlərinə və əsgərlərinə, həmçinin Qrabrovo hava limanına qarşı terror aktları təşkil etməyi planlaşdırdığını vurğulayıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, şübhəlinin Azov Batalyonunun tərəfdarı olduğunun müəyyən edildiyini qeyd edən FSB hücum əmrinin Azov Batalyonunun koordinatorları tərəfindən verildiyini vurğulayıb. FSB məlumat verib ki, şübhəlinin gizləndiyi kamerada 5 kql partlayıcı maddə, əldəqayırma partlayıcıların hazırlanması üçün komponentlər və Azov batalyonunun üzvləri ilə yazışmalar olub. FSB şübhəlinin dindirmə zamanı hücum planlarını etiraf etdiyini də vurğulayıb.

//Gülnarə Abasova, Editor.az