FSB Putini “boğacaq”, heç kimin xəbəri olmayacaqbackend

FSB Putini “boğacaq”, heç kimin xəbəri olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinin Ukraynada guya “xüsusi əməliyyat” keçirdiyi bir dövrdə, bəzi qruplar onun arxasında müharibəni dayandırmaq üçün danışıqlar aparır.

Editor.az xəbər verir ki, bu barədə “Apostrof”a siyasi strateq Mixail Şeytelman danışıb. Onun sözlərinə görə, Putinin ətrafı üçün müharibə maliyyə məsələsi və Qərbdə gözəl yaşamaq imkanıdır. “Birləşmiş Ştatlar diplomatik və kəşfiyyat cəbhəsi haqqında hər şeyi danışmır. Danışıqlar aparan bir qrup oliqarx, bir qrup FSB zabitləri də var ki, onlar da belə danışıqlar aparır”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşev və Putinin yaxın çevrəsindən başqa heç kim ona müharibənin dəyişdirilməsi ilə bağlı eyham vura bilməz. Patruşev, Qərblə danışıqlara baxmayaraq, çətin ki, onun nəticələri ilə Putinin yanına gəlsin. Əksinə, nəticəsi olanda Putinə deyəcək ki, “deyirlər, çox sağ olun, al götür bu təqaüdü, get istirahətə. Yəni razılaşmalar əldə olunandan sonra bir növ saray çevrilişi olacaq, çünki Putini nəyəsə inandırmaq mümkün olmadığı göz qabağındadır”, – deyə siyasi strateq izah edib.

Şetelmanın proqnozuna görə, Kremldə “təmizləmələr” olmayacaq, çünki onlar guya rəqabətli meydanda yaşayan və bunu çox gözəl anlayan Putinin gücündə deyillər. Real seçkilər olmadığı bir şəraitdə Kremldə şiddətli rəqabət var. Siyasi strateq deyir ki, Putinin Kremldəki yerini minlərlə insana Rusiya Federasiyasının indiki prezidentindən daha yaxşı şərait təklif edən, o cümlədən, milyarder malikanələrinin, yaxtalarının və Rusiyanın Ukraynaya geniş miqyaslı işğalından əvvəl sahib olduqları milyonlarla dollarlıq hesabların saxlanılacağını vəd edən şəxs tuta bilər. “Aydındır ki, heç kim demir ki, gəlin Putini boğaq. Hamı bu müharibə mövzusunda hansısa maraqlardan danışır. Amma “Putini boğmaq” mərhələsinə gələndə, heç kimim bu barədə əvvəlcədən məlumatı olmayacaq. Amma böyük ehtimalla bunu FSB həyata keçirəcək. Axı FSB artıq ən böyük siyasi partiyadır”, – deyə ekspert yekunlaşdırıb.

//Samir, Editor.az