FT: Polşa Almaniyadan sonra Rusiyadan təzminat tələb etməyə başlaya bilərbackend

FT: Polşa Almaniyadan sonra Rusiyadan təzminat tələb etməyə başlaya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Prezident Aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Marçin Pşidaç Varşavanın Moskvadan heç bir təzminat tələb etməməsinin səbəbini açıqlayıb.

Editor.az “Financial Times”a istinadla xəbər verir ki, Marçin Pşidaç ölkəsinin Almaniyadan gözlədikləri təzminatı aldıqdan sonra Rusiyadan ödəniş tələb edəcəyini bildirib.

May ayında Polşa hakimiyyətinin Almaniya Federativ Respublikasından təzminat məsələsinin həll edilməsi barədə qərar qəbul etdiyi bildirilmişdi. Məlumdur ki, Polşa hakimiyyəti İkinci Dünya Müharibəsi zamanı dəymiş zərərin ödənilməsi üçün Almaniyadan 6,2 trilyon zloti (təxminən 1,3 trilyon dollar) tələb edib. Almaniya hökuməti dəfələrlə heç nə ödəməyəcəklərini bəyan edərək, Varşavanın 1953-cü ildə təzminatdan imtina etdiyini bildirib.

//Gülnarə Abasova, Editor.az