“Fulhem” yenidən Premyer Liqadabackend

“Fulhem” yenidən Premyer Liqada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fulhem” yenidən İngiltərə Premyer Liqasında mübarizə şansı qazanıb.

Editor.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, İngiltərənin aşağı liqası olan “Championship”də mübarizə aparan “Fulhem” son turda “Preston North End” klubuna 3-0 qalib gəlib. Oyun zamanı klubun serb futbolçusu Mitroviç 9-cu və 41-ci dəqiqələrdə vurduğu qolla “dubl”a imza atıb. Mitroviçin ikinci qoluna qədər isə oyunun 34-cü dəqiqəsində Karvalyo fərqlənməyi bacarıb. Bununla da xalını 86-ya çatdıran “Fulhem” mövsümün sonuna beş tur qalmış arzusuna çatıb.

Qeyd edək ki, “Fulhem”in serb hücumçusu Mitroviç isə mövsüm ərzində 40 oyunda iştirak edərək 40 dəfə fərqlənə bilib.

//Editor.az