Futbol Federasiyası (FİFA) dünya çempionatının keçirildiyi səkkiz stadionun hamısından pivə satış məntəqələrini yığışdırmaq qərarına gəlib.
Editor.az xəbər verir ki, bununla bağlı Qətərin kral ailəsi stadionlarda spirtli içkilərin satışına tam qadağa qoyulması tələbi ilə FİFA-ya müraciət etmişdi. “Ev sahibi ölkə rəsmiləri ilə FİFA arasında aparılan müzakirələrdən sonra futbol üzrə dünya çempionatı oyunlarının keçiriləcəyi stadionların perimetrində pivə satış məntəqələrinin yığışdırılması, spirtli içkilərin satışının diqqət mərkəzində saxlanılması qərara alınıb”.
Lakin qərarın “Bud Zero” alkoqolsuz pivənin satışına təsir etməyəcəyi də qeyd olunur. Qeyd edək ki, 30 ildən artıqdır ki, dünya çempionatlarının rəsmi sponsoru AB InBev beynəlxalq pivə istehsalı korporasiyasıdır. The New York Times-ın məlumatına görə, bu il FİFA və AB InBev-in müqavilə dəyəri 75 milyon dollar olub. Qeyd edək ki, Qətərdəki dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Açılış oyununda Qətər millisi Ekvadorla qarşılaşacaq.
//Samir Qurbanov, Editor.az

