Qətərdə keçiriləcək 2022-ci il Dünya Çempionatı ərəfəsində futbol matçlarının 100 dəqiqə olması fikri irəli sürülüb.
Editor.az “sporx” a istinadən xəbər verir ki, bu barədə FİFA-nın prezidenti Canni İnfantino açıqlama verib.
“Analitik şirkətlərin apardığı araşdırmaya görə, UEFA Çempionlar Liqasının oyunları da daxil olmaqla, topun meydanda qalma müddəti 60 dəqiqədir. Bəzən bu prosesin 2 dəfə artıq olduğu oyunlar da olur. FİFA topun oyunda daha artıq qalması üçün FİFA-nın futbol qaydalarını təmin edən İFAB-dan yaşıl işıq gözləyir”,- deyə İnfantino bildirib.
//Editor.az

