Futbol tarixinin məşhur simalarından biri vaxtsız vəfat etdibackend

Futbol tarixinin məşhur simalarından biri vaxtsız vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyalı məşhur futbolçu və məşqçi Sinişa Mixayloviç 53 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Editor.az xəbər verir ki, 0, 2019-cu ildən leykemiya ilə mübarizə aparır. 2021-ci ilin mart ayında Sines yeni bir kimyaterapiya kursu keçməli olub. Sinisa bu mövsümə 2019-cu ildən rəhbərlik etdiyi “Boloniya”nın baş məşqçisi kimi başlayıb. 2022-ci ilin sentyabrında səhhətinə görə vəzifəsini tərk edib.

O, “Roma”, “Latsio”, “İnter” və “Sampdoriya” kimi klubların rənglərini qoruyub. Mixayloviç unikal rekorda malikdir: o, cərimə zərbələrindən vurduğu qolların sayına görə A Seriyasının tarixində hələ də birinci yerdədir – 28 qol!

Baxmayaraq ki, o, meydanda müdafiəçi mövqeyində çıxış edirdi.

Futbolçu karyerasını başa vurduqdan sonra Sinesin məşqçilik həyatı başlayıb. O, “Milan”, “Fiorentina”, “Torino”, “Sampdoriya”, Serbiya millisi və iki dəfə “Bolonya”ya rəhbərlik edib.

Qeyd edək ki, Mixayloviç futbolçu karyerasına Serbiyada başlayıb, sonra İtaliyaya köçüb və burada ad qoyub.

  //Samir Qurbanov, Editor.az