Futbol üzrə Azərbaycan 1-ci Liqasında qumar qalmaqalı: Oyun satılıb? – VİDEObackend

Futbol üzrə Azərbaycan 1-ci Liqasında qumar qalmaqalı: Oyun satılıb? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan 1-ci Liqasının 20-ci turunda keçirilən “İrəvan” – “Araz Saatlı” (1:4) matçı ilə bağlı araşdırma aparılır.

“Qafqazinfo” xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında AFFA-nın icraçı vitse-prezident Sərxan Hacıyev deyib.

“Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib. Bundan başqa, güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər”, – AFFA rəsmisi bildirib.

Oyun alqı-satqısında şübhəli bilinən həmin qarşılaşmanın videoicmalını təqdim edirik: