Futbolçu adam döydüyünə görə, 2 il müddətinə azadlıqdan məhrum edilibbackend

Futbolçu adam döydüyünə görə, 2 il müddətinə azadlıqdan məhrum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kursk “Avanqard”ının futbolçusu Dmitri Malıxin iki il müddətinə azadlıqdan məhrum edilib.

Müvafiq qərarı Kursk şəhərinin Kirovski rayon məhkəməsi çıxarıb.

Kursk vilayətinin məhkəmə sisteminin birgə mətbuat xidmətinin məlumatına görə, ötən ilin mayında futbolçu 46 yaşlı kişini incitdiyi iddia edilən sevgilisindən üzr istəməyə məcbur etməyə çalışıb. Malıxin onu mənzilə gəlməyə dəvət edib və o, bundan imtina etdikdə zərərçəkmişi döyərək sağlamlığa ağır xəsarət yetirib. Məhkəmə Malıxini Rusiya Federasiyası CM-nin 111-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilib. O, günahını etiraf etdi. Üstəlik, məhkəmənin hökmündən əvvəl futbolçu zərərçəkmişə 350 min rubl məbləğində mənəvi ziyana görə təzminat ödəyib.

Xatırladaq ki, daha əvvəl Rusiya millisinin sabiq futbolçusu Pavel Mamaevin həbsdə qaldığı müddətə görə dövlətdən təzminat almaq imkanının olduğu bildirilirdi.

//Samir Qurbanov, Editor.az