Futbolçu matç zamanı ürək tutması keçirərək huşunu itirib – VİDEObackend

Futbolçu matç zamanı ürək tutması keçirərək huşunu itirib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mali yığması və Qətərin “Əl Vakrah” komandalarının mərkəz müdafiəçisi Usman Kulibali matç zamanı ürək tutması keçirərək huşunu itirib.

İnsident Qətər çempionatının “Əl Rayan”la səfər matçında baş verib.

Birinci hissənin sonunda 32 yaşlı Kulibali qazona yıxılıb. Yayımın rejissoru Usmanın huşunu itirdiyini dərhal dərk etməyib və futbolçunun qıcolmalarını əks etdirən qorxulu görüntülər efirə gedib.

Həkimlər briqadası futbolçuya ilkin tibbi yardım göstərib. Daha sonra o, xəstəxanaya aparılıb.

Komandalar fasiləyə yollanıb və matç yarımçıq qalıb. Qarşılaşmanın dayandırılması zamanı hesab 1:0 “Əl-Rayan”ın xeyrinə olub.

Kulibalinin “İnstagram” səhifəsində futbolçunun həyat yoldaşı tərəfindən ərinin səhhəti barədə məlumat veirlib. Futbolçunun xanımı Usmanın vəziyyətinin stabil olduğunu, hadisənin səbəbinin isə infarkt olduğunu qeyd edib.

Qeyde edək ki, Kulibali Mali millisində 26 oyun keçirib. O, “Brest” və “Panatinaikos”dakı çıxışları ilə tanınır. Cari klubunda isə Usman 16 oyun keçirib və bir qol vurub.

Mənbə: telegraf.com.ua