Füzuli hava limanın açılışı: Ərdoğanın Qarabağa səfəri- Şərhbackend

Füzuli hava limanın açılışı: Ərdoğanın Qarabağa səfəri- Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli beynəlxalq hava limanının açılışında iştirakı olduqca mühüm hadisədir. Füzuli hava limanı regionun inkişafı baxımından mühüm perspektivlər vəd edir və Qarabağın açılan qapısı hesab ediləcək”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

O, bildirib ki, Prezident İlham Əliyev Qarabağa səfəri zamanı ilk Füzuli aeroportuna baş çəkdi və görülən işlərlə şəxsən tanış oldu:

” Bu aeroporta dövlət tərəfindən xüsusi diqqət ayrılır. Türkiyə Prezidenti dünyanın nüfuzlu siyasi liderləri siyahısındadır. Onun işğaldan azad olunmuş ərazilərimizə səfəri və orada gedən işlərlə yaxından tanış olması Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Ərdoğan dediyi hər söz bu gün dünya mediasının gündəmi olur”.

Siyasi şərhçi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə hava limanının tikilməsinin böyük əhəmiyyətləri var:

” Dünyanın ən inkişaf etmiş ölkələri öz inkişaflarının səbəbini aviasiyaya borcludurlar. Qətər, Sinqapur kimi kiçik ölkələr belə bu gün böyük aviasiya şirkətləri sayəsində həm investisiya axını gətirə bilir, həm də kifayət qədər gəlir əldə edə bilir. İşğaldan azad edilən ərazilərimizin minalardan təmizlənməsi vaxt tələb edir. Ermənistan xəritələri vermədiyi üçün proseslərin gedişatı ləngiyir. Hava limanları ərazilərə minaların təmizlənməsi üçün ağır texnikaların gətirilməsində, xaricdən lazımi vasitələrin gətirilməsində mühüm rol oynayacaq. Eyni zamanda, xarici turistlərin gəlişi daha da asanlaşacaq. Hava limanlarının tikilməsi ölkə iqtisadiyyatının güclənməsi baxımından da mühüm rol oynayır. Nə qədər güclü ordumuz olsa da, iqtisadiyyatın güclənməsi vacib məsələdir. Dəyişən və yenilənən dünyada aviasiya sisteminin rolu mühümdür . Azərbaycan bu məsələdə qərarlıdır və bu istiqamətdə uğurla inkişaf edir”.

//Gülnarə Abasova, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!