Füzuli hava limanının iqtisadi əhəmiyyəti- Millət vəkilindən AÇIQLAMAbackend

Füzuli hava limanının iqtisadi əhəmiyyəti- Millət vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Füzuli hava limanının istifadəyə verilməsinin böyük iqtisadi əhəmiyyəti var. Ona görə də bu, Ermənistan və onun havadarlarının yuxusuna ərşə çəkib. Çünki onlar işğaldan azad edilən ərazilərimizdə belə mühüm layihələrin sürətlə həyata keçirilməsini gözləmirdilər”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri  Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, bu gün Qarabağda müxtəlif istiqamətdə çəkilən yollar, quraşdırılan elektrik stansiyaları, görülən abadlıq və quruculuq işləri, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər regionda yaranmış yeni reallıqların başlanğıcıdır:

” Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizin bərpası, torpaqlarımızın qısa zamanda cənnətə çevrilməsi
ilə bağlı səsləndirdiyi bəyanatlar xalqımızın vətən sevgisinə əsaslanır. Torpaqlarımızın sürətlə erməni vandallığından xilas olması hər bir Azərbaycan vətəndaşını sevindirir. 44 günlük müharibənin qələbə sevinci Qarabağda hiss olunur”.

Tahir Rzayev qeyd edib ki, Azərbaycan güclü və davamlı iqtisadiyyata malikdir:

“Bu istiqamətdə ölkədə bütün layihələr düşünülmüş şəkildə həyata keçirilir. Düşünürəm ki, Qarabağda böyük iqtisadi layihələrin icrası ilə bu il iqtisadi cəhətdən əlamətdar il kimi tarixə yazılacaq. Vətəndaş həmrəyliyi, insanların birliyi öz gücünü 44 günlük möhtəşəm qələbəmizdə də göstərdi. Qarabağda sürətlə həyata keçirilən layihələr düşmən üzərində qətiyyətli qələbəmizi tamamilə təmin edəcək və sülh müqaviləsinin tez bir zamanda bağlanmasına imkan yaradacaq”.

//Gülnarə Abasova, Editor.az