Füzulidə qəzaya düşən şəxslərdən biri DYP rəisidir – VİDEObackend

Füzulidə qəzaya düşən şəxslərdən biri DYP rəisidir – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Füzuli rayonunda ölümlə nəticələnən yol qəzasında yaralanan şəxslərdən biri polis əməkdaşıdır.

Bu barədə “Report”a hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, “Mercedes” markalı avtomobili idarən edən İlqar Hümbətov Şuşa Rayon Dövlət Yol Polisi (DYP) Bölməsinin rəisi vəzifəsində çalışır. O, hadisə zamanı avtomobildə tək olub. Qəza nəticəsində polis mayoru İ.Hümbətov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müaviq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.