Füzuliyə müntəzəm reyslər açılırbackend

Füzuliyə müntəzəm reyslər açılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın milli aviadaşıyıcısı AZAL tarixində ilk dəfə olaraq Qarabağa müntəzəm reyslərə başlayacaq.

Editor.az  xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, aviaşirkət iyulun 13-dən etibarən Bakıdan Füzuli şəhərinə və əks istiqamətdə müntəzəm uçuşlar həyata keçirəcək.

Uçuşlar həftədə iki dəfə olmaqla çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Füzuliyə bir tərəfə aviabiletin qiyməti 78 manat təşkil edir. Bu qiymətə 10 kiloqrama qədər əl yükü və 23 kiloqrama qədər baqaj daxildir. Biletlər yaxın zamanlarda AZAL-ın saytında satışa çıxarılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən Bakı-Naxçıvan-Bakı marşrutunun sosial aspektləri nəzərə alınaraq, bu marşrut üzrə aviabiletlərin tarifi Azərbaycan Respublikasının vətəndaşları üçün dəyişməz qalıb, xarici vətəndaşlar üçün isə kommersiya şərtlərinə uyğun olaraq müəyyənləşdiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərar verib.

Oxu.Az xəbər verir ki, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tarif ƏDV daxil olmaqla hər kiloqram üçün 0,30 manat məbləğində təsdiq edilib.

Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri (əks istiqamət üzrə eyni olmaqla)

Hava nəqliyyatı ilə Bakı-Naxçıvan/Naxçıvan-Bakı sərnişindaşıma xidmətlərinin tarifi tənzimlənib.

Qərara əsasən, Bakı-Naxçıvan/Naxçıvan-Bakı təyyarə biletlərinin qiyməti 70 manat müəyyən edilib.

Qeyd edək ki, hava nəqliyyatı ilə Bakı-Füzuli/Füzuli-Bakı və Bakı-Zəngilan/Zəngilan-Bakı ölkədaxili sərnişindaşıma xidmətlərinin də yeni tarifləri müəyyən edilib.

Qərara əsasən, Bakı-Füzuli/Füzuli-Bakı – 78 manat və Bakı-Zəngilan/Zəngilan-Bakı sərnişindaşıma xidmətinin qiyməti 83 manat müəyyən edilib.