Fyodr Bondarçuk İrandan Azərbaycana keçidin təmin edilməsinə görə İlham Əliyevə təşəkkür edibbackend

Fyodr Bondarçuk İrandan Azərbaycana keçidin təmin edilməsinə görə İlham Əliyevə təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrandan sərhəd vasitəsilə Azərbaycana keçidimizin təmin edilməsinə göstərilən yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri Astara sərhəd-buraxılış məntəqəsində jurnalistlərə açıqlamasında Rusiyanın Xalq artisti, rejissor Fyodr Bondarçuk deyib.

F.Bondarçuk bildirib ki, qrupda olan 90 nəfərin hamısı sağ-salamatdır:

“Onların bir qismi bugünkü təyyarə ilə uçacaq, digər qismi isə Bakıda qalacaq və bir qədər sonra uçacaq. Hamımız yorulmuşuq. Mən sizə də təşəkkür edirəm”.