Gəncədə gənclərin tarixi abidələrə ekskursiyası təşkil olunubbackend

Gəncədə gənclərin tarixi abidələrə ekskursiyası təşkil olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “tarixi abidələrimizi tanıyaq” şüarı ilə gənclərin ekskursiyası təşkil olunmuşdur.
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin 2021-ci ilin 1-ci yarımilliyi üçün iş və tədbirlər planına əsasən, Kəpəz dağçılıq klubunun dəstəyi ilə gənclərin Gədəbəy rayonuna ekskursiya həyata keçirilmişdir. Burada əsas məqsəd yerli əhəmiyyətli qədim tarixi abidələrimizi gənclər arasında tanıdılması və ölkəmizin turizm potensialını dünyada daha geniş formada təbliğ etməkdir. Gədəbəy rayonuna səyahət səfəri zamanı Poladlı kəndində “Həmişəvəng” qədim alban monastrına, Miskinli kəndində Almanlar tərəfindən 19 əsrdə dağ mədən sənayesi məqsədilə tikilmiş “Qanlı körpüyə” və Düzyurd kəndindəki, təqribən 2000 metr hündürlükdə zirvədə yerləşən məşhur və qədim “Koroğlu” qalasına ziyarət edilmişdir. Tarixi abidələrə ekskursiya da (Hiking) Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi Əlviz Gülməmmədov iştirak edərək gəncləri müşaiyət ediblər.