G20 ölkələrinin xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsinin həllinin yeganə yolu kimi iki dövlət həllini dəstəkləməkdə demək olar ki, yekdil idilər.
Editor.az “Reuters”a istinadla xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyinin rəhbəri Mauru Vieyra bildirib. Onun sözlərinə görə, G20-yə üzv ölkələrin xarici işlər nazirlərinin iki günlük iclasının bütün iştirakçıları Qəzza zolağında mövcud vəziyyətdən narahat olduqlarını bildiriblər. G20 nümayəndələri böhranın Yaxın Şərqə yayılma riskini də qiymətləndiriblər.
Vieira Braziliyada keçirilən sammit zamanı Fələstin bölgəsində hərbi əməliyyatların dayandırılması və humanitar yardımların çatdırılması üçün Qəzza zolağına gedən yolların açılması çağırışlarının edildiyini açıqlayıb. Bundan əlavə, respublikanın xarici işlər nazirliyinin rəhbəri bəyan edib ki, “bir çox” G20 üzvü olan ölkələr Rafah şəhərinə hücumlara görə İsrail hakimiyyətini tənqid ediblər.
//Gülnarə Abasova, Editor.az

