G20 sammitində iştirak edən Paraqvay prezidenti Santiaqo Pena xəstəxanalıq oldubackend

G20 sammitində iştirak edən Paraqvay prezidenti Santiaqo Pena xəstəxanalıq oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada keçirilən G20 sammitində iştirak edən Paraqvay prezidenti Santiaqo Pena döş qəfəsində ağrı şikayəti ilə xəstəxanaya yerləşdirilib.

Editor.az bildirir ki, bu barədə “Ultima Hora” portalı yazıb. Nəşrin məlumatına görə, dövlət başçısı ürəyin üstündə yerləşən prekordial nahiyədə diskomfort hiss edib. Həkimlər Penya üzərində elektrokardioqramma apardıqdan sonra onda patologiya aşkar ediblər.

Paraqvay prezidenti Rio-de-Janeyrodakı özəl Samaritano xəstəxanasına yerləşdirlib. O, daha bir gün mütəxəssislərin nəzarətində olacaq.

Qeyd edək ki, G20 sammiti noyabrın 18-19-da Braziliyada keçirilib. Qəbul edilmiş bəyannamədə G20-yə üzv ölkələrin liderləri nüvə silahından azad dünyanın yaradılmasının tərəfdarı olduqlarını bildiriblər. Sammit iştirakçıları davamlı inkişaf məqsədlərinə əsaslanan qlobal maliyyə arxitekturasında islahatları sürətləndirmək barədə razılığa gəliblər və Ukraynada nizamlanma üçün istənilən konstruktiv təşəbbüsləri dəstəkləyiblər.

//Samir Qurbanov, Editor.az