G20 virtual sammitində Vladimir Putinin çıxışı planlaşdırılıbbackend

G20 virtual sammitində Vladimir Putinin çıxışı planlaşdırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putinin noyabrın 22-də keçiriləcək G20 virtual sammitində çıxışı planlaşdırılıb.

Editor.az bildirir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat veib.

Onun sözlərinə görə, müzakirələr çərçivəsində prezident Rusiyanın cari məsələlərlə bağlı mövqeyini təqdim edəcək. Noyabrın 19-da “Rossiya 1″ kanalında “Moskva. Kreml. Putin” verilişinin aparıcısı Pavel Zarubin bildirib ki, Vladimir Putin G20 sammiti çərçivəsində xarici həmkarları ilə görüşə bilər.

Vladimir Putinin nitqinin hansı mövzuya həsr olunacağı ilə bağlı aydınlaşdırıcı suala cavab olaraq Dmitri Peskov belə izahat edib: “Gündəm aydındır – bu, çox, çox təlatümlü olan hazırkı vəziyyətdir. Təbii ki, Rusiya Federasiyasının mövqeyi təqdim olunacaq, hansı ki, kifayət qədər məlumdur, ardıcıl və balanslıdır”.

Xatırladaq ki, G20 liderlərinin görüşünün virtual formatda keçirilməsini Hindistanın Baş naziri Narendra Modi sentyabrın 9-10-da təklif edib.

//Samir Qurbanov, Editor.az