G7-dən İsrailə dəstək: İran nüvə silahına malik olmamalıdırbackend

G7-dən İsrailə dəstək: İran nüvə silahına malik olmamalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeddilik Qrupu (G7) ölkələrinin liderləri İran və İsrail arasında münaqişə ilə bağlı birgə bəyanat yayıblar.

G7-nin mövqeyinə görə, İran nüvə silahına malik olmamalıdır. G7 ölkələri də Tehranı regional qeyri-sabitliyin əsas mənbəyi adlandırıb: İran regional qeyri-sabitliyin və terrorun əsas mənbəyidir. Biz ardıcıl olaraq bəyan etmişik ki, İran heç vaxt nüvə silahına malik ola bilməz. Qəzza zolağında atəşkəs də daxil olmaqla, Yaxın Şərqdə hərbi əməliyyatların daha geniş deeskalasiyasına gətirib çıxarmaq üçün İran böhranının həllinə çağırırıq, – G7 bəyanatında deyilir.

Qeyd edək ki, ABŞ lideri Donald Tramp Kanadada keçirilən G7 sammitini erkən tərk edib. ABŞ prezidenti İran və İsrail arasındakı münaqişənin həlli üçün təcili olaraq Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

//Samir Qurbanov, Editor.az