G7 liderləri: Rusiyaya qarşı sanksiyalar ərzaq məhsullarını hədəf almayacaqbackend

G7 liderləri: Rusiyaya qarşı sanksiyalar ərzaq məhsullarını hədəf almayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin liderləri Almaniyanın ev sahibliyi etdiyi G7 Liderlər Sammitinin son günündə “qlobal ərzaq təhlükəsizliyi” mövzusunda birgə bəyanatla çıxış ediblər.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, bəyanatda sənayeləşmiş ölkələrin liderləri böyük ərzaq ehtiyatları olan ölkələri və şirkətləri bazarları pozmadan qlobal ərzaq çatışmazlığını həll etməyə çağırıblar. G7 liderlərinin qlobal ərzaq təhlükəsizliyi böhranı ilə mübarizə üçün əlavə 4,5 milyard dollar ayırması və bu məbləğlə 2022-ci ildə qlobal ərzaq təhlükəsizliyi üzrə öhdəliklərin 14 milyard dollara yüksəldiyi bildirilir. Rusiyaya qarşı sanksiyaların qida məhsullarını hədəfə almayacağı bildirilən açıqlamada Moskvanın Ukraynada qeyri-qanuni kənd təsərrüfatı məhsulları və avadanlıqlarını müsadirə etdiyi” iddia edilib və buna “şərtsiz son qoyulması” tələb edilib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukrayna böhranı ilə əlaqədar “görünməmiş qlobal aclıq böhranı” barədə xəbərdarlıq edib və bu səbəbdən G7 liderlərinin ərzaq təhlükəsizliyi və artan enerji qiymətləri ilə mübarizədə yeni öhdəliklər götürəcəyi gözlənilir.

//Gülnarə Abasova, Editor.az