G7 liderləri Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırırbackend

G7 liderləri Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeddilik Qrupu (G7) ölkələrinin liderləri Yaxın Şərqdəki tərəfləri təmkin nümayiş etdirməyə və gərginliyi azaltmağa çağırıb.

Editor.az xəbər verir ki, bəyanat Ağ Evin saytında dərc olunub. Sənəddə bir sıra hücumlar və cavab hücumlarının regionda nəzarətsiz gərginliyə səbəb ola biləcəyi və bunun hər iki tərəfin marağında olmadığı vurğulanır.

G7 ölkələrinin liderləri Yaxın Şərqdə münaqişə tərəflərini hazırkı gərginliyi azaltmaq üçün konstruktiv hərəkət etməyə çağırıblar. İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi ötən gün bildirib ki, İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Livan Hizbullah hərəkatının infrastrukturunu tamamilə ləğv etməyi planlaşdırır.

Qeyd edək ki, Oktyabrın 1-də İsrail ordusu İran raketlərinin İsrailə atıldığını bildirib. Media İranın bir neçə raket “dalğası” ilə hücum etdiyini, hücumun ilk “dalğasında” ən azı 100 raketin qeydə alındığını yazıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu bildirib ki, Tehran Hizbullahın baş katibi Həsən Nəsrullahın, həmçinin HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin və kürd qüvvələrinin komandiri Abbas Nilforuşanın ləğv edilməsinə cavab olaraq İsrailə hücum edib.

//Gülnarə Abasova, Editor.az