G7-nin maliyyə nazirləri beynəlxalq ictimaiyyətlə birlikdə 2022-ci il və sonrakı illər üçün Ukraynaya 24 milyard dollardan çox əlavə dəstək vəd ediblər.
Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Rusiya-Ukrayna böhranı ilə bağlı birgə bəyanatla çıxış ediblər.
Açıqlamada, bu ölkələrin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Rusiyanın Ukraynadakı müharibəsi, müharibənin səbəb olduğu insan itkiləri və müharibənin qlobal iqtisadi təsirini müzakirə etmək üçün bir araya gəldiyi bildirilib. Beynəlxalq təşkilatların və çoxtərəfli forumların artıq həmişə olduğu kimi Rusiya ilə fəaliyyətlərini həyata keçirməməli olduqları vurğulanaraq Rusiyanın bu həftə keçirilən beynəlxalq forumlarda, o cümlədən G20, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının toplantılarında iştirak etməsindən təəssüflənildiyi qeyd edilib.
Bəyanatda Ukrayna və qonşu ölkələrə verilən dəstəyin koordinasiyalı şəkildə əlaqələndirilməsinin vacib olduğu bildirilib və ölkələri, beynəlxalq təşkilatları Ukraynanın təcili ehtiyaclarını ödəmək, gələcəyini yenidən qurmaq üçün kifayət qədər dəstək verməyə çağırılıb.
//Gülnarə Abasova, Editor.az

