G7 ölkələrinin xarici işlər nazirləri İranı nüvə proqramı ilə bağlı ABŞ ilə birbaşa danışıqlara başlamağa və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə tam əməkdaşlıq etməyə çağırıblar.
Editor.az xəbər verir ki, bu barədə xarici mediada yayılan məlumatda bildirilir.
G7-yə daxil olan ölkələrin – İtaliya, Kanada, Fransa, Almaniya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın – xarici işlər nazirləri “Avropa üçlüyü”nün (Fransa, Almaniya və Böyük Britaniya) dəstəyi ilə İranın nüvə proqramı ətrafında danışıqlara yenidən başlamasının vacibliyini vurğulayıblar.
Nazirlərin birgə bəyanatında qeyd olunur:
“İran bütün nüvə obyektləri və materiallarını əhatə edən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlığı bərpa etməlidir. Biz Tehranın Avropa üçlüyünün dəstəyi ilə ABŞ ilə birbaşa danışıqlara başlamasını vacib hesab edirik.”
// Gülnarə Abasova, Editor.az

