G7 ölkələri Rusiya qızılına qadağa qoyacaqbackend

G7 ölkələri Rusiya qızılına qadağa qoyacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

G7 ölkələri Rusiya qızılının idxalına qadağa qoymaq niyyətindədir.

Editor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson Almaniyaya – G7 sammitinə gələrkən bildirib. “The Independent”in yazdığına görə, ABŞ prezidenti Co Bayden də öz Twitter səhifəsində məlumatı təsdiqləyib. Daha əvvəl “Reuters” xəbər vermişdi ki, G7 ölkələri anti-Rusiya sanksiyalarının genişləndirilməsi çərçivəsində bu ölkədən qızıl idxalını qadağan etmək qərarına gələcəklər. Əslində Rusiya qızılı xeyli vaxtdır məhdudiyyət altındadır. Belə ki, hərbi əməliyyatlar başlayandan sonra Rusiya Bankının 300 milyard dollara yaxın qızıl-valyuta aktivləri dondurulub.

Editor.az