G7 ölkələri Rusiyaya müraciət etdibackend

G7 ölkələri Rusiyaya müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeddilik (G7) ölkələri Rusiyanı Ukraynadan ərzaq ixracı ilə bağlı taxıl sazişini qeyri-müəyyən müddətə uzatmağa çağırıb.

Bununla əlaqədar yayılan bəyanatda deyilir: “Biz “Qara Dəniz Taxıl Təşəbbüsü” və “Ukraynadan Taxıl Təşəbbüsü”nün Ukraynanın kənd təsərrüfatı sektorunun bərpasının dəstəklənməsi və qida sistemində yeni şokların qarşısının alınmasında kritik əhəmiyyətini tanıyırıq.

Biz Rusiyanı qlobal ərzaq tədarükünü təhdid etməyi dayandırmağa və taxıl müqaviləsinin tam gücü ilə və qeyri-müəyyən müddətə işləyəməsinə icazə verməyə çağırırıq”, – bəyanatda deyilir.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi taxıl sazişinin nə üçün 120 gün deyil, cəmi 60 gün müddətinə uzadılacağını izah edib. “Bu, sövdələşmənin ikinci hissəsi üzrə razılaşmaların qeyri-bərabər icrası ilə bağlıdır”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O xatırladıb ki, sazişlər iki hissədən ibarətdir: bunu əvvəlcə BMT-nin Baş Katibi Antonio Quterreş təqdim edib, lakin indi hər iki hissənin bərabər şəkildə həyata keçirildiyini söyləmək olmaz. Qeyd edək ki, Rusiya taxıl müqaviləsinin mayın 18-dək uzadıldığını açıqlayıb.

//Samir Qurbanov,Editor.az